Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AXC və Müsavat cütlüyünün seçkini baykot etməsi mövcud reallığı anlamaları ilə bağlıdır

AXC və Müsavat cütlüyünün seçkini baykot etməsi mövcud reallığı anlamaları ilə bağlıdır


"Ölkədə növbəti seçki abu-havası hökm sürür və siyasi partiyalar tədricən öz mövqelərini bildirirlər. Təbii ki, seçkilərdə qalibiyyətə əsas namizəd kimi hazırkı prezident İlham Əliyev göstərilir və bu sürpriz bir təsbit deyil. Sürpriz olmayan bir xəbər də AXC-Müsavat cütlüyündən gəldi və hər iki partiya növbədənkənar prezident seçkilərində iştirak etməkdən imtina etdiyini açıqladı. Təbii ki, AXC və Müsavat cütlüyünün seçkini baykot etməsi sadəcə mövcud reallığı anlamaları ilə bağlıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə radikal siyasi düşərgənin seçkini boykot qərarını şərh edərkən səsləndirib. AVP rəsmisi deyib ki, onlar özləri də məlum qərarlarının xalq arasında ciddi bir rezonans doğurmaycağını yaxşı bilir və əsasız iddialar irəli sürərək bir müddət gündəmdə qalmağa çalışırlar:

"Həmin şəxslər hesab edirlər ki, bu yolla xarici qüvvələrin diqqətini cəlb edə biləcəklər və ölkəmiz əleyhinə hər hansı bir mənfi fikir formalaşdırmağa nail olacaqlar. Bununla da onlar hər hansı bir dividentlər əldə edəcəklərinə ümid edirlər".

S.İsmayılbəyli
Xəbəri paylaş