Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı hava limanı Yeni il müsabiqəsi elan edir

Bakı hava limanı Yeni il müsabiqəsi elan edir


Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə yola düşməzdən əvvəl komfortdan zövq almaq imkanı yaradacaq Yeni il müsabiqəsi elan edir.

Bu barədə Newscenter.az-a hava limanından bildirilib.

Məlumata görə, müsabiqədə 29 fevral 2024-cü il tarixinə qədər Bakıdan səyahət etməyi planlaşdıran bütün sərnişinlər iştirak edə bilərlər. Bunun üçün sərnişinlər hava limanının rəsmi Instagram səhifəsini www.instagram.com/bakuairport izləməli və müvafiq postun altında şərh yazaraq iştirakını təsdiqləməlidirlər. Müsabiqənin qalibləri hava limanının biznes zallarının unikal üstünlüklərindən, o cümlədən istirahət və iş üçün rahat şəraitdən, müxtəlif yemək, içki və digər xidmətlərdən yararlanmaq fürsəti əldə edəcəklər.

Müsabiqə haqqında ətraflı məlumatı hava limanının sosial şəbəkələrdəki rəsmi səhifələrindən, həmçinin airport.az/az/press-release/yeni-il-musabiq-si/ linkindən əldə etmək mümkündür.

Hər kəsə xoş və komfortlu səyahət arzulayırıq!

Nərgiz Əzizova
Xəbəri paylaş