İl ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.
Bu barədə Newscenter.az-a İdarədən məlumat verilib.
Bildirilib ki, monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.
R.Mehdiyeva