Yəmən husiləri ABŞ tərəfindən hücuma məruz qalarsa, Qırmızı dənizdə Amerika gəmilərinə hücum etməklə cavab vermək niyyətindədirlər.
Newscenter.az xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının lideri Abdel Malek əl-Husi bildirib.
“Amerikanın ölkəmizə hər hansı hücumu cavab hücumuna səbəb olacaq. Biz (Qırmızı dənizdəki) Amerika gəmilərini raketlərimiz və pilotsuz təyyarələrimiz üçün hədəfə çevirəcəyik”, - “Səda Əl-Balad” telekanalı onun sözünü sittat gətirib.
O, həmçinin Qırmızı dənizə çıxışı olan ölkələri Vaşinqtonun beynəlxalq gəmiçiliyə zərər verən aqressiv və intruziv mövqeyinə qarşı hərəkət edərək “ABŞ-a qarşı aydın mövqe tutmağa” çağırıb.
“Düşmən bizə hücum edərkən biz arxada oturanlardan deyilik”, - deyə əl-Husi fikirlərini yekunlaşdırıb.
Anar Tağıyev