Türkiyədə müxtəlif təyinatlı istehsalat maşını ixracı 11 ayda 25,8 milyard dollara çatıb.
Newscenter.az Maşın İxracatçıları Birliyinə (MAİB) istinadən bildirir ki, bu ilin yanvar-noyabr dövründə Türkiyənin sərbəst zonalar da daxil olmaqla cəmi maşın ixracı 25,8 milyard dollara çatıb.
Beləliklə, Türkiyənin sərbəst zonalar daxil olmaqla cəmi maşın ixracı bu ilin 11 ayında keçən ilin eyni dövrünə görə yüzdə 8,5 artıb.
Sözügedən dövrdə ixracı sürətlə artan sahələr arasında yayma və tökmə maşınları 20,6, dəzgahlar və nasos-kompressorlar 16, qablaşdırma maşınları 17,6 faiz artıb.
Natiq Orucov