2023-cü ildə qlobal külək enerjisində "1 terawatt" səviyyəsi keçilib və 2024-cü ildə dünya miqyasında bu göstəricinin 143 gegavat olacağı təxmin edilir.
Newscenter.az xəbər verir ki, Qlobal Külək Enerjisi Şurasının (GWEC) və WindEurope-nın hesabatlarında bu barədə qeyd edilib.
Məlumata görə, qlobal külək enerjisi sektorunda artım hökumətlərin, şəhərlərin, investorların və müştərilərin dəstəyi ilə növbəti illərdə də davam edəcək.
GWEC-in məlumatına görə, 2023-2030-cu illər ərzində külək enerjisinin gücü 13 faiz artacaq. Beləliklə, qlobal külək enerjisinin quraşdırılmış gücü 2030-cu ildə 2 teravata çatacaq. GWEC-in məlumatına görə, qlobal külək enerjisinin quraşdırılmış gücü 40 il ərzində 1 teravata çatıb.
Natiq Orucov