Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Onlar dayanıb yerlərində sayırlar

Onlar dayanıb yerlərində sayırlar


Müntəzəm olaraq Azərbaycanla bağlı qərəzli fikirlər, yanaşmalar ortaya qoyulur. Bir qayda olaraq ölkəmizlə bağlı ortaya qoyulan qərəzli yanaşma ondan ibarətdir ki. guya Azərbaycanda insan hüquq və azadlıqları kobud şəkildə pozulur. Təəssüflır olsun ki, xaricdəki ermənipərəst dairələrin əli ilə gündəmə gələn və Azərbaycana qarşı təzyiq elementi kimi istofadə olunan bu yanaşmaya radikal siyasi düşərgə də dəstək nümayiş etdirir.

Newscenter.az-ın xəbərinə görə, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov deyib ki, ölkədə demokratiya yoxdur, insan azadlığı, söz azadlığı yoxdur deyə-deyə dayanıb yerlərində sayırlar. Onun sözlərinə görə, bir bunlardan soruşan yoxdur ki, bu ölkədə demokratiya, insan azadlığı, söz azadlığı yoxdursa sizlər sosial şəbəkələrdə gecə-gündüz hakimiyyətin ünvanına davamlı şəkildə necə qara yaxa bilirsiniz?

"Bir gündə Əli Kərimli, Arif Hacılı, İsa Qənbər və bu sıradan olan daha kimlər internet televiziyalarında neçə dəfə çıxış edib hakimiyyətin ünvanına yersiz tənqidlər yağdırırsınız? Bəs siz özünüzə heç sual vermirsiniz ki, biz bu hakimiyyəti söz, insan azadlığında suçlasaq da ölkənin içərisində oturub onu necə belə kəskin tənqid edə bilirik. Bilirsiniz, söz və insan azadlığının olmadığı yerdə belə çıxışlara görə adamı həmən həbs edib, aidiyyatı yerə göndərirlər".

Anar Əliyev
Xəbəri paylaş