Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşanın yeni hökuməti media rəhbərlərini vəzifəsindən uzaqlaşdırıb

Polşanın yeni hökuməti media rəhbərlərini vəzifəsindən uzaqlaşdırıb


Polşada Donald Tuskun rəhbərlik etdiyi yeni hökuməti çərşənbə günü bir neçə dövlət media orqanının yüksək rütbəli üzvlərini istefaya göndərdiyini elan edib.

Newscenter.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Mədəniyyət Nazirliyi qeyd edib ki, dövlət televiziya kanalları, radiostansiyaları və informasiya agentliklərinin direktorlar şurasının sədrləri və üzvləri işdən çıxarılıb. Söhbət Polşa radiosunun, PAP agentliyinin və TVP xəbər kanalının və onun TVP Info internet portalının menecerlərindən gedir.
Nazirlikdən bildirilib ki, onlar bu addımı hadisələrin işıqlandırılmasında “qərəzsizliyi bərpa etmək” üçün atıblar.

Seçki kampaniyası zamanı Tusk bu sistemi “ictimai mediada qərəzsizliyi və etibarlılığı bərpa etmək” üçün dəyişdirəcəyini vəd edib.

Dekabrın 13-də Donald Tusk Polşanın baş naziri kimi and içdi.

Anar Tağıyev
Xəbəri paylaş