Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qudyalçay üzərində yeni körpünün tikintisi yekunlaşır

Qudyalçay üzərində yeni körpünün tikintisi yekunlaşır


İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası artıq yekunlaşmaq üzrədir.

Newscenter.az xəbər verir ki, iki aşırımlı yeni körpünün uzunluğu 66, eni isə 14.5 metrdir.

Hazırda körpünün avtomobil və piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrinə asfalt döşənməsi işləri icra olunur.

Yeni körpünün tikintisinin yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq işlər fasilə verilmədən davam etdirilir.

R.Mehdiyeva
Xəbəri paylaş