Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Radikal siyasi düşərgənin seçkiləri boykot qərarı zəiflik əlamətidir

Radikal siyasi düşərgənin seçkiləri boykot qərarı zəiflik əlamətidir


"Radikal siyasi düşərgənin seçkiləri boykot qərarı zəiflik əlamətidir, həm də partiya fəaliyyətinə tamamən ziddir. Çünki siyasi institutların, partiyaların əsas işi seçkilərdə iştirak etmək, öz elektoratını nümayiş etdirməkdir. Bu düşərgənin isə elektoratı demək olar ki, yox səviyyəsindədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O hesab edir ki, əgər radikal siyasi düşərgə cəhd etsəydi belə, onlara seçki prosesində bütün lazımı şərait yaradılacaqdı:

"Lakin məsələ tək seçkiyə başlamaq deyil, həm də onu uğurla başa vurmaqdır. Bax burada bu düşərgə ciddi şəkildə axsayır, çünki onlar sosial media üzərindən bloqerlik fəaliyyətinə öyrəşiblər, əsl seçki isə əhali ilə sıx təmaslar, xalq ilə işləməkdən ibarətdir. Bir sözlə onlar öz rahatlıqlarını əldən vermək istəmirlər. Digər tərəfdən seçkilərə getməmək onlara sərf edir, belə vəziyyətdə onlar öz "izolasiya" vəziyyətini qələmə verərək Qərbdən maliyyə alırlar. Seçkilərdə ətrafında adam toplamasalar onların xaricdən, yəni Qərbdən də maliyyəsi və dəstəyi kəsiləcək".

Politoloq qeyd edib ki, onlar hər seçkini boykot etməklə özlərini yavaş-yavaş tarixin arxivinə yollayır:

"Çünki seçkidə iştirak yoxdursa, demək onların fəaliyyətinin heç bir anlamır qalmır. Məncə boykot qərarındansa, seçkiyə getmək və qalibi təbrik etmək daha şərəfli işdir və ölkənin siyasi həyatına daha müsbət çalarlar qata bilər, nəinki boykot qərarı verib kənarda durmaq. Hətta onlar Prezident İlham Əliyevin bu seçkilərdə favorit olduğunu bilirlərsə belə bunu seçki prosesində etiraf etməkləri daha doğru olardı. Əminəm ki, cənab İlham Əliyev də onların belə bir addımını təqdir edərdi. Yəni müxalifət 5 ildə bir keçirilən seçkidə uduzmağı da bacarmalıdır, əks təqdirdə o nə müxalifətdir?".

Anar Əliyev
Xəbəri paylaş