Bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.
Newscenter.az xəbər verir ki, iclasda iş üzrə şahidlər ifadə verəcəklər.
Gürcüstan mediasının xəbərinə görə, Saakaşvili məhkəmə prosesinə müalicə aldığı klinikadan onlayn formada qatılacaq.
Bu ərəfədə müxalif “Vahid Milli Hərəkat” partiyasının liderləri və tərəfdarları Saakaşvilinin azad edilməsi tələbi ilə şəhər məhkəməsi yaxınlığında aksiya təşkil etməyi nəzərdə tutublar.
Xatırladaq ki, Saakaşvili 2021-ci ilin sentyabr ayının sonunda Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb. Oktyabrın 1-də o, Tbilisidə mənzildə həbs edilib.
Anar TAĞIYEV