Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçkini boykot etməyin özü zəiflik əlamətidir

Seçkini boykot etməyin özü zəiflik əlamətidir


"Partiyaların seçkidə iştirak etməsi məsələsi onların öz partiya daxili məsələləri olmaqla yanaşı, eyni zamanda, seçici və partiyanın təəssübkeşləri qarşısında borc məsələsidir. Məsələ ondadır ki, hər hansı partiyanın seçkidə iştirak edib qalib gələcəyi mütləq deyil. Bu, mümkün də deyil. İlk növbədə seçkilərdə iştirak etmək özünə və seçicisinə inam məsələsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, inam olmayan yerdə seçkidə iştirak etmək şərti xarakter alır:

"Seçkini boykot etməyin özü zəiflik əlamətidir. Məğlubiyyətdən qorxmaq seçicisinin və partiyadaşlarının inamını itirməkdən irəli gəlir".

Azər Qasımov deyib ki, hər bir reallıqda seçkidə iştirak etmək isə çəkinmədən problemin üstünə getmək deməkdir:

"Məğlub olsan belə, sübut edirsən ki, çətinlikdən qorxmuram. Boykot qərarı verən partiyaların qərarı daha çox şou göstərmək, süni səs-küy yaratmaq, bununla da həmin partiyaya olan inamı süni şəkildə ayaqda tutmaq istəyidir.

Xüsusi ilə də bu daima təkrar olunarsa. Onda həmin partiyanın məqsədi və məramı bəlli olmur. Əgər partiya yaradılanda xalqın mənafeyini qorumaq üçün hakimiyyətə gəlməkdən ibarətdirsə, seçkidə iştirak etmədən bunu necə etmək olar. Seçkidə hər hansı saxtakarlıqdan çəkinib seçkiyə getməmək isə xalqın ona inanan hissəsinə qarşı hörmətsizlikdir".

BAXCP rəsmisi deyib ki, aalq həmin partiyadan iddia edilən seçki saxtakarlığını aradan qaldırmağı gözləyirsə və
həmin partiya da bunu etmək əvəzinə seçkidən yayınır, seçkini boykot edirsə, bunun özü döyüş meydanından qaçmaq kimi bir haldır. Bu durumda belə partiyanın olmağındansa olmamağı məsləhətdir.

Süleyman
Xəbəri paylaş