Tehrandan İrəvana Qarabağdan getmiş ermənilərə dəstək məqsədilə humanitar yardım göndərilib.
Newscenter.az "Sputnik Armeniya"ya istinadən bildirir ki, yardımı erməni Apostol Kilsəsinin Tehran yeparxiyası təşkil edib. Yardım təxminən 17 tondan ibarət olub.
Humanitar yardıma ərzaq, gigiyena vasitələri və qab-qacaq daxildir. Yardımın Yeni il bayramına qədər paylanması nəzərdə tutulub.
Anar TAĞIYEV