Bu gün “Türk Dünyası Şair və Yazarlar” İctimai Birliyinin təsis yığıncağı keçirilmişdir. Təsis yığıncağında İctimai Birliyin yaradılması və məqsədlərinin bəyan olunması, Birliyin idarə heyətinin, sədr və sədr müavinlərinin seçilməsi məsələlərinə baxılıb.
Newscenter.az-ın xəbərinə görə, iclasda qeyd olunub ki, Birliyin yaranmasında əsas məqsəd Azərbaycanın yaradıcı potensialını, şair və yazarların fəaliyyətini və yaradıcılığını Türk Dünyası ölkələrində geniş təbliğ etmək və adəbiyyat və mədəniyyət, yaradıcılıq sahəsində Türk xaqları arasında əməkdaşlıq və inteqrasiyanın daha da genişlənməsinə nail olmaqdır. Daha sonra səsvermə yolu ilə birliyin idarə heyəti, sədri və müavinlərinin namizədlikləri səsə qoyularaq seçilmişdir. Şair Natella Əhmədova üzvlərin səs çoxluğu ilə “Türk Dünyası Şair və Yazarlar” İctimai Birliyinin sədri seçilmişdir. Yığıncağın sonunda qarşıdan gələn növbədənkənar prezident seçkiləri ilə bağlı bəyənat qəbul olunmuşdur. Bəyənatda deyilir:
BƏYƏNAT
“Türk Dünyası Şair və Yazarlar” İctimai Birliyinin üzvləri olaraq biz bəyan edirik ki, 07.02.2024-cü il tarixində Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin namizədliyini tam yedkilliklə dəstəkləyirik. Cənab Prezident İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi qələbə, torpaqlarımızı işğaldan azad etməsi, dünya birliyində mövqelərimizin daha da möhkəmlənməsi, Türk Dövlətləri ilə mədəni, siyasi və humanitar sahədə qurulan yaxın əlaqələr Onun qarşıdan gələn Prezident seçkilərində alternativi olmayan bir lider olduğunu bir daha ortaya qoyur. Biz əminliyimizi ifadə edirik ki, qarşıdan gələn növbədənkənar Prezident seçkilərində Azərbaycan Respublikasının hər bir vətəndaşı Müzəffər Ali Baş Komandana öz dəstəyini bir daha nümayiş etdirəcək. Biz də öz növbəmizdə Cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarci siyasəti öz fəaliyyətimizlə davam etdirməyi və ölkəmizi yeni qələbələrə aparan yolda hər zaman ölkə başçısının yaxın dəstəkçisi olduğumuzu bəyan edirik. İnanırıq ki, Cənab Prezident İlham Əliyevin növbəti seçkilərdə qətiyyətli qələbəsi ölkəmizin daha da çiçəklənməsi və inkişafı yolunda yeni bir mərhələ olacaq və dövlətimizin inamlı qələbəsini bir daha möhkəmləndirmiş olacaqdır. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Türk xalqları ilə yaxınlaşmaq üçün mühüm addımlar atmış, öz əməli fəaliyyəti ilə Türk xalqlarının yenidən yaxınlığının bərpa olunmasına öz əvəzolunmaz töhfələrini vermişdir. Biz gələcək fəaliyyətimizlə Azərbaycanın yeni hədəflərə və zirvələrə yönəlmiş siyasətinə-İlham Əliyev siyasətinə sadiq qalacağımızı və bu siyasətin ən doğru siyasət olduğunu nümayiş etdirəcəyik.
Anar