Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Mərkəzi Seçki Qərargahının növbəti iclası keçirilib

YAP Mərkəzi Seçki Qərargahının növbəti iclası keçirilib


Dekabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının genişləndirilmiş iclası keçirilib. İclasda YAP yerli seçki qərargahlarının sədrləri də iştirak ediblər.

Newscenter.az xəbər verir ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, dekabrın 20-dək nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirildiyi qeyd edilərək qarşıda duran əsas hərəkət və tədbirlərin də müəyyən olunmuş müddətlərdə icrasına dair fikir mübadiləsi aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.



S.İsmayılbəyli
Xəbəri paylaş