Cari ilin 11 ayı ərzində Türkiyənin magistral yollarında hərəkətdə olan avtomobillərin sayı 2 milyon 91 min 21 ədəd təşkil edib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 84,6 faiz çoxdur. Bu müddət ərzində hərəkət trafikindən çıxarılan nəqliyyat vasitələrinin sayı isə 13,3 faiz azalaraq 27 min ədəd olub.
Yanvar-noyabr aylarında yol hərəkətində qeydiyyata alınan 855 min 587 avtomobilin 36,0 faizi boz, 27,1 faizi ağ, 12,3 faizi mavi, 11,1 faizi qara, 7,4 faizi qara, qırmızı, 2,7 faizi yaşıl, 2,1 faizi isə narıncı rəngdə olub.
Natiq Orucov