2024-cü il, fevralın 7-də keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkilərində əksər siyasi partiyalar iştirak barədə qərar versə də, lakin öz ənənəsinə sadiq qalan radikal siyasi düşərgə bu dəfə də seçkiləri boykot qərarı verib. Təbii ki, bu qərar heç də Azərbaycan cəmiyyəti, eləcə də cəmiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən normal normal qarşılanmayıb.
Newscenter.az-ın xəbərinə görə, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov deyib ki, AXCP – Müsavat cütlüyü bu gün də öz məkirlərini yerə qoya bilmir. Onun sözlərinə görə¸ Əli Kərimli, Arif Hacılı kimi adamlar başa düşmürlər ki, bu gün rəhbərlik etdikləri partiyaların 90-cı illərdəki bir illik hakimiyyət tarixçəsini Azərbaycan xalqı yadından çıxarmayıb:
“O illərin acı həqiqətlərini yada salanda adam həmin dönəmdə belə səriştəsiz kəslərin rəhbərlik etdiyi dövlətdə yaşadığına sadəcə utanır. Sovetlər İttifaqının dağılması səbəbilə hakimiyyətə yiyələnmiş bu adamların rəhbərliyi altında bir ilin içərisində ölkənin iqtisadiyyatı tam çökdürüldü, mövcud olan nə varsa hamısı dağıdıldı, əvəzində heç nə qurulmadı və nəinsə qurulması üçün heç bir təşəbbüs irəli sürülmədi. Bu adamların, el dili ilə desək, dişində hakimiyyət şirəsi qalıb. Ancaq hakimiyyətə yenidən qayıda bilməyin yollarını tapa bilmirlər. Yeganə bildikləri yol ancaq ölkəni qarışdırmaq, qarşıdurma yaratmaq və 90-cı illərin əvvəlində olduğu kimi qaraguruhla hakimiyyətə yiyələnməkdir. Adamlar sivil mübarizə aparmağa özlərində güc tapa bilmirlər”.
Anar Əliyev