Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Adını "Milli Şura" qoyub millilikdən payı olmayan dəstə

Adını "Milli Şura" qoyub millilikdən payı olmayan dəstə


"Müəyyən olunmuş zamanda ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi bir çox yönlərdən labüddür və tam yerindədir. Qarabağ məsələsi kimi uzunillik problemin tam həlli və bir sıra ümdə məsələlər bu seçkilərdə seçicilərin daha fəal olacağını müjdələyir. Fəqət yenə də qara qüvvələr, boykot sözündən başqa söz bilməyən və qarayaxmadan savayı iş bacarmayan özgüvənsizlər narahat olmağa başlayıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının sədr müavini Turan İrfan səsləndirib. Onun sözlərinə görə, adını "Milli Şura" qoyub millilikdən payı olmayan dəstə beynəlxalq təşkilatları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb:

"Bu qədər gülünc, cılız, ləlöyün olmaq olarmı? Əriyib tarix səhnəsindən silinməklərini sinirə bilməyən bu dəstə Qərbdən mədət ummaqla diriləcəklərini güman edirlərsə, yanılırlar. Həmin təşkilatlar deyildimi 30 illik Qarabağ məsələsinin həllində başımızın altına yastıq qoyan? Kişilər indi həmin təşkilatlara, ağalarına şikayət edirlər. Qarabağ məsələsində niyə özünüzü didib tökmürdünüz, onda niyə beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər ünvanlamırdınız?".

MCP rəsmisi deyib ki, seçkini boykot etmək əvvəlcədən uğursuzluğunu və xalqın etimadını bir faiz də olsa qazana bilməməkdən irəli gəlir:

"Seçki vəziyəti sanki bir meydandır. İllərdir meydan oxuyursunuz. İndi buyurun bu da meydan. Meydandan qaçmaqla, xaricdən havadar axtarmaqla, qaranlıqlardan mədət ummaqla aydınlığa çıxa bilməzsiniz".

Anar Əliyev
Xəbəri paylaş