Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyada qondarma erməni soyqırımı ilə bağlı ucaldılan abidə sökülür

Almaniyada qondarma erməni soyqırımı ilə bağlı ucaldılan abidə sökülür


Almaniyada qondarma erməni "soyqırımı" ilə bağlı ucaldılmış abidələrin sökülməsinə başlanılıb.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bu barədə məlumatı Almaniya Erməniləri Mərkəzi Şurasının idarə heyətinin üzvü Samvel Lulukyan verib. O bildirib ki, prosesə ilkin olaraq Köln şəhərindən başlanılıb:

"Sözügedən şəhərdə abidənin sökülməsi ilə bağlı əmri Köln meri imzalayıb. Bələdiyyə qərar verib ki, ilin sonuna kimi heykəl sökülməlidir. Konkret gün qeyd olunmasa da, qərar var".

Samvel Lulukyan hesab edir ki, bu məsələdə Türkiyənin siyasi gücü xüsusi rol oynayıb.

Anar TAĞIYEV
Xəbəri paylaş