Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Kuboku: işğaldan azad edilmiş ərazilərdə 30 ildən sonra ilk oyun keçiriləcək

Azərbaycan Kuboku: işğaldan azad edilmiş ərazilərdə 30 ildən sonra ilk oyun keçiriləcək


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Newscenter.az bildirir ki, “Report”un məlumatına görə, son gündə iki oyun keçiriləcək.

Günün ilk görüşü tarixi hadisənin yaşanması ilə əlamətdar olacaq. Çünki “Qarabağ” - MOİK görüşü Xankəndidə təşkil olunacaq. Ağdam təmsilçisi ilə “hərbçilər”in dueli işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq. Axırıncı dəfə 1993-cu ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. "Qarabağ" - MOİK görüşünün qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq.

1/8 mərhələsinin son qarşılaşması Bakıda oynanılacaq. “Neftçi” I Liqanın lideri “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. “Neftçi Arena”da baş tutacaq görüşü Kamran Əliyev idarə edəcək. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.

Azərbaycan Kuboku
1/8 final
21 dekabr

14:00. “Qarabağ” – MOİK

18:00. “Neftçi” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Neftçi Arena”.
Xəbəri paylaş