Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə Turizm Komissiyasının 3-cü iclası keçirilib

Azərbaycan-Türkiyə Turizm Komissiyasının 3-cü iclası keçirilib


Bu gün Türkiyənin İstanbul şəhərində Azərbaycan və Türkiyə arasında Turizm üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib.

Newscenter.az-ın Dövlət Turizm Agemtliyinə istinadən verdiyi xəbərə görə, iclasda turizm sahəsində prioritet əməkdaşlıq məsələləri, ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm təlimləri, biznesin inkişafı və turizm infrastrukturuna investisiyalar, mədəni irsin qorunması sahəsində əməkdaşlıq, marketinq, kommunikasiya və turizm məhsulları, həmçinin növbəti dövr üzrə Birgə Fəaliyyət proqramının hazırlanması və digər məsələlər müzakirə olunub.

Turizm əlaqələrinin cari vəziyyəti barədə danışılıb, gəlmə və getmə turizmi sahəsində statistik göstəriciləri təqdim edilib, həmçinin 2-ci iclasda qəbul edilmiş tədbirlər planı üzrə həyata keçirilən işlər barədə məlumat verilib.

İclas çərçivəsində turizm sektorunda insan resurslarının inkişafı, turizm və rekreasiya zonalarının yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təcrübə mübadiləsi, beynəlxalq platformalarda birgə təqdimatların keçirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, tədbirdə mədəni irs obyektlərinin idarə edilməsi, oxşar mədəni irs obyektləri arasında əlaqələrin qurulması, birgə layihələrə başlanması müzakirə edilib.

Tədbir zamanı "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyi ilə "Türkiyə Səyahət Agentlikləri Birliyi" (TÜRSAB) arasında görüş keçirilib.

Sonda 2023-cil üzrə Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş məsələlər qiymətləndirilib və 2024-cü il üçün yeni Birgə Fəaliyyət Planı hazırlanıb. İşçi qrupunun növbəti görüşünün 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

Sona
Xəbəri paylaş