Son illərdə geniş yayılmış xəstəliklərdən biri də autizm sindromudur. Bir çox hallarda zamanında bu xəstəliyə qarşı mübarizənin aparılmaması, vaxtımda həkimə müraciət edilməməsi xəstəliyin daha da irəliləməsinə gətirib çıxarır. Bəzi hallarda isə tamam başqa bir xəstəliyi olan şəxs autizmdən müalicə alır. Bu da öz növbəsində problemin daha da dərinləşməsinə səbəb olur.
Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyir ki, belə xəstəliklərdən biri aspengerdir. Onun sözlərinə görə, asperger-müəyyən qədər autizmə bənzəyir:
"Aspergerdə müşahidə olunan sosial pozulma, məhdud maraq sahəsi və təkrarlanan davranışın bir çoxu autizmlə ortaqdır, amma autizmdən bir az daha gec yaşda ortaya çıxır və onda olan nitq inkişafında və ya sosial fəaliyyətdəki şiddətli gecikmə bir çox vakada görülmür".
Psixoloq bildirib ki, aspengerin əsas xüsusiyyətləri üz ifadələrindəki, bədən duruşundakı və jestlərdəki pozuntulardır:
"Bir çox tədqiqatın nəticəsinə əsasən aspergerlərdə yeniyetməlik dövründə intihar riski yüksəkdir".
Anar Əliyev