Ölkədə qızılca, suçiçəyi kimi xəstəliklər geniş yayılmaqdadır. Vəziyyət o həddə çatıb ki, hətta ana bətnində olan uşaqların da sözügedən virusa yoluxması kimi halların olduğu barədə iddialar irəli sürülür. Bəs görəsən belə olan halda nə etmək lazımdır? Yaxud, suçiçəyi hamiləliyə necə mənfi təsir göstərir?
Newscenter.az-ın xəbərinə görə, həkim Aysel Əskərova da deyir ki, hazırda suçiçəyi çox geniş yayılmaqdadır. Onun sözlərinə görə, yoluxmuş hamilə xəstələrdə bu durumu rubella (məxmərək) virusu ilə fərqləndirmək zəruridir:
"Birində hamiləlik davam edə bilərsə, digərində hamiləlik dayandırılmalıdır. Baxmayaraq ki, görünüşcə hər iki virusda bənzərlik vardır".
Sona