2022-ci ildə sosial müdafiə sahəsinə 1 trilyon 257 milyard lirə xərclənib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, bu da 2021-ci ilə nisbətən 59,6 faiz artım deməıkdir.
Bildirilir ki, bu xərclərin 98,4 faizini, 1 trilyon 237 milyard 645 milyon lirəsini sosial müdafiə yardımı təşkil edib. Sosial müdafiə yardımlarında ən böyük xərc 565 milyard 810 milyon TL ilə təqaüdçülər/yaşlılar üçün sərf olunan xərclər təşkil edib.
2022-ci ildə sosial müdafiə xərclərinin ümumi daxili məhsulda (ÜDM) payı 8,4 faiz təşkil edib.
Nərgiz Əzizova