Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Kiçik Akademiya”lara 16000-dən artıq şagird cəlb olunub

“Kiçik Akademiya”lara 16000-dən artıq şagird cəlb olunub



İl ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən “Kiçik Akademiya”lara 16000-dən artıq şagird cəlb olunub, 2000-dən artıq tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, layihə çərçivəsində şagirdlər tərəfindən 2500-dən artıq mövzu tədqiq olunub.

Həmçinin Bakı şəhərinin inzibati rayonları üzrə bütün məktəblərin iştirakı ilə Akademiyanın yarımillik və illik hesabat konfransları keçirilib.

Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

R.Mehdiyeva
Xəbəri paylaş