Fransa prezidenti Emmanuel Makron gələn il rusiyalı həmkarı Vladimir Putini səfərə dəvət edə bilər.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu Makron özü deyib. Fransa mediasına istinadən verilən məlumata görə, Emmanuel Makron bildirib ki, Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə Normandiyada müttəfiqlərin yerləşdirilməsinin 80 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün respublikaya dəvət olunması mümkündür.
Ancaq Makron bəzi şərtlərinin olduğunu vurğulayıb.
"Yalnız o şərtlə mümkündür ki, Putin, dinc danışıqlar aparsın və Ukrayna prezidenti Vladimir Zelenski ilə vəziyyəti dəyişməsin”,-deyə Fransa prezidenti deyib.
Anar TAĞIYEV