Rusiya xüsusi hərbi əməliyyatın əvvəlində qarşıya qoyduğu məqsədlərə çatana qədər dayanmayacaq.
Newscenter.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının payız sessiyasının yekunlarına dair mətbuat konfransında Federasiya Şurasının sədri Valentina Matvienko deyib. Onun sözlərinə görə, bu gün Rusiya danışıqlara hazır olduğu şərtləri formalaşdırıb. Bu şərtlər xüsusi hərbi əməliyyatın başlaması ilə bəyan edilib:
"Biz onlara nail olana qədər başqa cür davrana bilmərik, biz xüsusi hərbi əməliyyatın qarşıya qoyduğu məqsədlərə çatmalıyıq",-deyə Matvienko bildirib.
O qeyd edib ki, Ukrayna Rusiya əleyhinə layihə olmamalıdır.
Anar TAĞIYEV