Naxçıvan Dövlət Universiteti Simfonik orkestri ilk dəfə olaraq xarici səfərdə olacaq.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı sözügedən təhsil ocağının müəllimi, Azərbaycan Respublikası prezident mükafatçısı Sevinc Babayeva verib. O bildirib ki, orkestrin ilk xarici səfəri məhz qardaş ölkədən başlayır.
Sevinc Babayeva deyib ki, səfər çərçivəsində NDU-nun simfonik orkestri Türkiyənin Van şəhərində olacaq, orada konsert proqramı ilə çıxış edəcək:
"Bizi Bakıda səbirsizliklə gözləyən dəyərli ziyalılarımız, dəyərli dostlarımız var. Van səfərindən sonra Sizlərin görüşünüzə gələcəyik inşallah",- deyə Sevinc Babayeva vurğulayıb.
Sevinc Babayeva onu da deyib ki, simfonik orkestrin uğurlar əldə etməsində NDU-nun rəhbərliyinin xüsusi qayğısı var:
"Dəyərli rektorumuz Elbrus Isayev var olun! İlk dəfə Naxçıvan Dövlət Universitetində yaratdığınız Simfonik orkestrin böyük uğurlarını dünyaya tanıtmağınızı arzu edirəm. Fəxrimizsiniz , qürurumuzsunuz! Mədəniyyətimizi incəsənətimizi yaşadanlar var olsun! NDU ailəsinin Uğuruna sevinən , dəstək olan hər kəsə sonsuz minnətdarıq!".
S.İsmayılbəyli