Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nə siyasi qüvvələr, nə də cəmiyyət erkən seçkilərə hazırdır

Nə siyasi qüvvələr, nə də cəmiyyət erkən seçkilərə hazırdır


“7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ölkənin ictimai siyasi həyatında müəyyən qədər hərəkətlilik yaratsa da, ümumilikdə hələ ki, istənilən aktivlik hiss olunmur. Bunun müxtəlif səbəbləri var. Ən vacibi odur ki, seçki sisteminə cəmiyyətdə inam və etimad çox aşağıdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. Onun sözlərinə görə, lakin 44 günlük müharibədən sonra ölkədə özünə inam və özgüvən hissləri xeyli artdığından inam var ki, vətəndaşlar səslərinin vacibliyinin də fərqində olacaqlar:

“Əgər qarşıdan gələn prezident seçkilərində sadaladığım faktorlar təsdiqini tapacaqsa, o zaman bələdiyyə və parlament seçkilərində istədiyimiz fəallıq baş verəcək. Real mənzərəni təhlil edərkən belə nəticəyə gəlmək olur ki, nə siyasi qüvvələr, nə də cəmiyyət erkən seçkilərə hazırdır. Qısa zaman kəsiyində də bu ağır seçkilərə hazırlaşmaq, resursları səfərbər etmək mümkün görünmür. Hələ üstəlik bütün bunları mövcud Azərbaycan reallığında həyata keçirmək suallar doğurur”.

S.İsmayılbəyli
Xəbəri paylaş