Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkə ictimaiyyəti əsl futbol bayramı yaşadı

Ölkə ictimaiyyəti əsl futbol bayramı yaşadı



“Bu gün bütün ölkə əsl idman, futbol bayramını yaşadı. 30 illik işğaldan sonra tarixi yurd yerimiz olan Xankəndidə Azərbaycan komandalarının ilk qarşılaşması oldu”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, sözügedən qarşılaşmanın əhəmiyyətini artıran digər bir məqam həmin oyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etməsi oldu:

“Xankəndidə Azərbaycanın idman ictimaiyyəti ilə keçirdiyi görüşdə “Qarabağ”-MOİK oyununun məhz bu şəhərdə keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırdı. Dövlət başçısının da qeyd etdiyi kimi “Qarabağ”-MOİK qarşılaşması 4 il əvvəl həmin stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə verilən ən layiqli cavab oldu. Bununla bir daha həm Ermənistana, həm də bütün dünyaya sübuta yetirildi ki, Qarabağ Azərbaycandır”.

Arzuman Muradlı deyib ki, “Qarabağ”-MOİK qarşılaşmasının Xankəndidə keçirilməsi dünyanın idman federasiyaları və klublarının da diqqətindən yayınmayacaq və onlar da zaman-zaman müəyyən beynəlxalq idman yarışlarının Xankəndidə keçirilməsinə maraq göstərəcklər.

Süleyman
Xəbəri paylaş