Polis əməkdaşları ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 2 tapança, 5 qumbara, 11 tüfəng təhvil götürüb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 5 ədəd qumbara, 3 patron darağı, 146 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.
Mehman Mehdiyev