“Ölkə başçısının 2024-cü il, fevral ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama, ölkənin bəzi siyasi təşkilatları tərəfindən boykot qərarı ilə cavab verildi. Əslində boykot qərarının səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülsə, fərqli fikirlər səsləndirilsə də, hər bir siyasi partiyanın seçkilərdə iştirak etmək kimi vətəndaş qarşısında borcu olmalıdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi bir sıra partiyaların seçkini boykot qərarını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, hər hansı bir siyasi partiya xüsusi olaraq kimlərinsə arzu və istəklərini həyata keçirmək üçün fəaliyyət göstərməməlidir:
“Ölkənin siyasi həyatında yaxından iştirak etmək və mövcud hakimiyyətin hansı sahələr üzrə daha çox çalışmasına nail olmağı təşviq etmək, partiyaların xalqın qarşısında bir nömrəli vəzifəsi olmalıdır”.
Anar Əliyev