Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada ölənlərin sayı 20 minə çatdı

Qəzzada ölənlərin sayı 20 minə çatdı


Oktyabrın əvvəlindən İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 20 min insan həlak olub. Həlak olanların 8 min nəfərini uşaqlar təşkil edib.

Newscenter.az “Əl-Cəzirə” telekanalına istinadən bildirir ki, bu müddət ərzində 52 min nəfər yaralanıb. Qəzza zolağında aparılan hərbi əməliyyatlar nəticəsində 308 min yaşayış məntəqəsinin 53 mini tamamilə dağıdılıb. 255 mini yaşayış məntəqəsi isə qismən məhv edilib.

Hərbi əməliyyatlar və HƏMAS-ın hərbi qanadının Təl-Əvivə raket zərbələri nəticəsində İsrail tərəfindən təxminən 1200 min adam öldürülüb, 5 mindən çox şəxs yaralanıb.

Anar Tağıyev
Xəbəri paylaş