Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçkiləri boykot qərarı təcrübədən uğursuz çıxıb

Seçkiləri boykot qərarı təcrübədən uğursuz çıxıb


“Yeni qəbul edilən siyasi partiyalar haqqında qanunun tələblərinə görə siyasi partiyaların seçkilərdə iştirakı imperativ qaydada təsbit olunub. Odur ki, seçkilərdən kənarda qalmaq hakimiyyətin əlinə həmin partiyanı gələcəkdə autsayderə salmaq imkanı qazandırır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu bir sıra partiyaların seçkiləri boykot qərarına münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, seçkiləri boykot qərarı təcrübədən uğursuz çıxıb:

“Bəzi müxalif partiyalar bu taktikaya əl atsalar da effekt verməyib. Prezident İlham .Əliyevin populyarlığını və reytinqinin cəmiyyətdə yüksək olduğu indiki məqamda seçkilərə qatılmamaq seçici aktivliyinə və qazanacağı səslərə heç bir təsiri olmayacaq. Təbii ki, hər bir partiya verdiyi qərarın məsuliyyətini özü daşıyır. Ancaq seçkilərdə iştirak ən düzgün seçim olardı”.

Əli Oruclu hesab edir ki, əvvəlki seçkilərdən fərqli olaraq növbədənkənar prezident seçkilərində saxtalaşdırmaya hakimiyyətin ehtiyacı olmayacaq:

“Olsa olsa səsvermənin nəticələrinin faizini bir qədər şişirdə bilərlər. Optimal yanaşılma olsa heç buna da getməməlidilər. Bu dəfəki seçki həm seçkilərin demokratikliyinə inam yarada bilərdi, həm də cəmiyyətdə bariş mühitini möhkəmləndirmək olardı@.

AMIP rəsmisi deyib ki, bəzi müxalifət partiyaları seçkilərdə iştirak etməməsini erkən seçkilərin keçirilməsi barədə qəfil sərəncamın verilməsi, cəmiyyətdə müzakirələrin aparmaması, yaxud demokratik və şəffaf seçki mühitinin olmaması ilə əsaslandırmağa çalışırlar:

“Lakin etiraf etmək istəmirlər ki, ən ideal seçki mühiti yaradılsa, kifayət qədər zaman ayrılsa da seçkinin favoriti İlham Əliyevdir. Ona görə də bəzi müxalif qüvvələrin seçkilərdə iştirak etməmək və ya boykot etmək qərar bu dəfə daha çox taktiki mübarizə vasitəsi kimi deyil, bəhanə və cığallıq təəssüratı yaradır”.

Süleyman
Xəbəri paylaş