“Hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev fevralda keçiriləcək növbədənkənar prezident seçkilərinin favoritidir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, onun favorit namizəd olduğunu təsdiq edən bir çox amillər mövcuddur:
“Bu xüsusilə də uzun zaman ərzində işğalda qalan torpaqlarımızın azad edilməsi və separatizmin kökünü təmizləyin siyasəti ilə daha çox diqqət çəkən məqamlardan biridir. Bəzi müxalifət partiyalarının məhz bu səbəbdən seçkiləri boykot etməsi ehtimalı daha çox özünü göstərir. Bu doğru addım hesab edilə bilməz. Çünki, xalq nə qədər İlham Əliyevi dəstəkləsə də, ölkədə çoxsaylı problemlər var. Onları seçki kampaniyası zamanı qabartmaq, xalqın istəklərinə uyğun olaraq kampaniya qurmaq olardı. Bu da bütün mənalarda ölkə üçün faydalı hesab edilə bilərdi”.
Anar Əliyev