Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndidə möhtəşəm idman bayramı -VAQIF ABDULLAYEV YAZIR

Xankəndidə möhtəşəm idman bayramı


Bu gün Azərbaycanın əzəli və tarixi şəhəri olan Xankəndi böyük bir idman bayramına ev sahibliyi etməklə xalqımıza olduqca qürurlu anlar yaşadır.

Xankəndi şəhər stadionunda “Qarabağ” və “MOİK” arasında təşkil olunan futbol matçı sadəcə idman hadisəsi deyil, böyük rəmzi məna daşıyan dövlət hadisəsidir.

Neçə onilliklər sonra Azərbaycanın legitim suveren ərazisi kimi öz tarixi günlərinə qovuşan Xanın kəndində həqiqətən də əsil bayram sevinci yaşanır, minlərlə azərbaycanlı doğma və əziz şəhərimizdə Üçrəngli Bayrağımızın, Dövlət Himnimizin sədaları altında böyük bir tədbirə şahidlik edir.

Bu qürurlu hadisəni, müqəddəs hissləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, qəhrəman şəhidlərimizə və cəsur qazilərimizə, Rəşadətli Ordumuzun hər birinə dərin minnətdarıq. Onların sayəsində bu gün Xankəndi şəhəri öz doğma qucağınu öz övladlarına açıb, az qala bir əsrdir ki, yaşadığı hüzn və həsrətlə vidalaşıb, vüsalına yetişib.
Əziz Xankəndi bir ay əvvəl noyabrın 8-də Zəfər Gününün 3-cü ildönümünü böyük təntənə ilə qarşıladı, keçirilən Hərbi Paradda Müzəffər Ali Baş Komandan və yenilməz Silahlı Qüvvələrimiz fəxarətləi səhnələri bizə yaşatdı.

İndi Xankəndi münaqişə və separatizmdən tamamilə yad olan bir dosluq və həmrəylik bölgəsinə çevrilir, burada sülh və dinc həyat, əsil qaynar həyat başlayıb.

Şəhər əsil Xansayağı simasını nümayiş etdirir, daha böyük və möhtəşəm idman tədbirlərinə hazırlaşır.
Əminik ki, Xankəndi irəlidəki günlərdə daha maraqlı və yaddaqalan yarışlar və festivallarla, Azərbaycanın və dünyanın humanitar tədbirlərinin keçirildiyi mərkəzlərdən birinə çevriləcək.

Qardaş Türkiyədə mayın 19-u təntənəli şəkildə İdman bayramı günü kimi qeyd edilir. Doğrudur Azərbaycanda da martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ancaq dekabrın 21-nin rəmziləşdirilməsinə, əsil İdman Bayramı kimi təntənəli şəkildə qeyd olunması daha yaxşı olardı.

Təklif edirəm ki, Dekabrın 21-də Azərbaycanda İdman Bayramı kimi təqvimdə xüsusi yer alsın.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş