Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2024-cü ilin iqtisadi gözləntiləri nələrdir?

2024-cü ilin iqtisadi gözləntiləri nələrdir?


Artıq 2023-cü il başa çatmaq üzrədir. Başa vurduğumuz il əlamətdar siyasi hadisələri ilə yanaşı, mühüm iqtisadi məqamları ilə yadda qaldı. Ancaq maraqlıdır ki, 2024-cü il iqtisadi baxımdan necə olacaq?

Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov deyir ki, geosiyasi hadisələrlə bağlı 2024-cü il üçün iqtisadi proqnoz vermək çox çətindir:

"Çətin olmasaydı, nə Dünya Bankı, nə Beynəlxalq Valyuta Fondu, nə öz doğma Maliyyə Nazirliyimiz və Mərkəzi Bankımız il ərzində proqnoz göstəricilərini dəyişdirməzdilər. Eləcə də, ilin ortasında dövlət büdcəsinin proqnozları yenilənməzdi. Proqnoz edən hardan bilsin, bir gün səhər yuxudan oyanıb eşidəcək ki, Putin Ukraynaya hücum əmri verib, və ya HƏMAS gecə İsrailə hücuma keçib. Əlinə fürsət düşən ABŞ da fürsəti əldən verməyib Rusiyanın, İsrail də HƏMAS-ın yaxasından yapışacaq və geosiyasi məqsədlərə çatmayana qədər onları buraxmayacaq. Nəticədə bazar konyukturasında yaranan kəskin fərqli dinamika bütün iqtisadi proqnozları alt-üst edəcək".

İqtisadmı bildirib ki, bütün hallarda hazırkı qlobal geosiyasi risklər şəraitində dünya iqtisadiyyatında aşağıdakı gözləntiləri söyləmək olar:

"Qlobal iqtisadiyyatda infilyasiyanın eniş sürətinin 2023-cü illə müqayisədə azalmasını, FED, ECB və digər mərkəzi bankların uçot dərəcəsinin azaltması prosesinin davam etməsini, qloballaşmadan “yorulan” dünya iqtisadiyyatının ayrı-ayrı bloklara bölünməsi prosesinin sürətlənməsini, Çinin böyümə imkanlarının bu ildə zəifləməsini (Çinin Bir Kəmər Bir Yol proqramı təkcə dəhliz deyildi, bu Çinin genişlənməsinə hədəflənmiş proqram idi. Bu istiqamətdə işləri heç qaydasında getmir), dünyada ümumi iqtisadi artımın 2,5% ətrafında (0,2 faiz bəndi nisbi xəta ilə) olmasını, pessimist ruhlu beynəlxalq qurumların və onların ekspert komandasının özünü doğrultmayan qlobal böhran proqnozlarınin 2024-cü ildə tamamilə mənasız olduğunun təsdiqlənməsini proqnozlaşdırmaq mümkündür. Eyni zamanda, Yaxın Şərqdə münaqişə genişlənərsə enerji bazarlarında və əsas ticarət yollarında əhəmiyyətli fasilələr yaradaraq yüksək enerji və ərzaq qiymətlərinin formalaşdırmasını, Avrasiya dəhlizləri xəritəsində gələcək üçün ciddi fərqlər yarada biləcək C.Baydenin təklif etdiyi İMEC layihəsinin (Hindistandan Avropaya Yaxın Şərqlə uzanan dəhliz) təkcə planının hazırlanmasına 2 ilə qədər zaman lazım olduğu üçün 2024-cü ildə bununla bağlı hansısa yeniliyin olmamasını, Rusiyada sosial həyatın geniş anlamda geriləməsini (Sanksiyalar orqanizmi yavaş-yavaş köçdürən virusdur. Sonda ölümcül zərbəni əhaliyə vurur, yoxsulluq səviyyəsini artırır), aparıcı iqtisadiyyatlarda inkişaf etməkdə olan bazarlara nisbətən daha yavaş artımın olmasını, o cümlədən, Avropanın performansının Asiya iqtisadiyyatlarından geri qalmasını, yaşıl enerji layihələrinin və dekarbonizasiya prosesinin dinamikanının artırılmasını, ABŞ dollarının digər valyutalarla müqayisədə ucuzlaşdırılmasını görə bilərik".

Eldəniz Əmirov deyib ki, dünya böyük, proseslər isə zəngindir:

"Hər istiqaməti əhatə etmək mümkün deyil. Amma ümumi şəkildə gələn il Amerikada, Rusiyada, Hindistanda və Avropa Parlamentində olacaq seçkilərdə surpriz neqativlər və dünyaya təsir etmək gücündə olan subyektlərin fəsadlı planları üzə çıxmasa 2024-cü ilin dünya üçün iqtisadi cəhətdən son beş ilin (2020-2024) ən pozitiv iqtisadi ili olacağını ehtimal etmək olar".

Anar Əliyev
Xəbəri paylaş