Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2227 kənd məktəbi internetə bağlanıb

2227 kənd məktəbi internetə bağlanıb


Türkiyədə infrastruktur baxımından internet bağlantısı olmayan 2227 kənd məktəbi Türksat peykləri vasitəsilə internetə çıxış əldə edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, xüsusilə dağlıq ərazilərdə yerləşən və gediş-gəliş çətin olan kənd məktəblərinin internetlə bağlantısına diqqət yetirilib.

Hazırda digər bu kimi yaşayış məntəqələrində də Türksat VSAT (Kiçik Çaplı Peyk Stansiyası) antena quraşdırılması işləri aparılır. Bildirilib ki, bu çərçivədə 2021-ci ildə 1366 kənd məktəbinə internet qoşulmuşdur. Ötən il bu rəqəm 1817 olduğu halda, bu il 22,6 faiz artaraq 2 min 227-yə çatıb.

Natiq Orucov
Xəbəri paylaş