Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xalqında radikal müxalifətin yalanlarına qarşı ictimai immunitet formalaşıb

Azərbaycan xalqında radikal müxalifətin yalanlarına qarşı ictimai immunitet formalaşıb


Ölkədə keçirilən hər seçki ərəfəsində radikal siyasi düşərgə müxtəlif bəhanələr uyduraraq seçki prosesindən yayınır, mübarizə meydanından qaçır. Bu dəfə də fərqli heç nə olmadı. Müxalifətin radikal qanadı seçki mühiti ilə bağlı müxtəlif bəhanələr, yalanlar uyduraraq növbədənkənar prezident seçkilərində iştirakdan boyun qaçırdılar.

Newscenter.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib ki, Azərbaycan xalqında radikal müxalifətin yalanlarına qarşı artıq bir ictimai immunitet formalaşıb. Heç kim onların cəfəng nağıllarına inanmır:

"Həqiqət budur ki, nəinki müxalifət, onları maliyyələşdirən babaları da yaxşı bilir ki, Prezident İlham Əliyev qalib xalqın, qalib lideridir. Seçkidə iştirak etməkdən qorxan radikal müxalifət artıq indidən bu siyasi mübarizədə cənab Prezident İlham Əliyevin qarşısında məğlub olacaqlarını daha yaxşı anlayır. Çünki xalq öz liderini-İlham Əliyevi dəstəkləyir. O lider ki,- bütün qüvvəsini və fəaliyyətini 20 il ərzində Azərbaycanın maraqları naminə səfərbər etməklə şanlı tarix yazmışdır. O lider ki, bütün dünya azərbaycanlıları Onu sevir və ürəkdən dəstəkləyir. Radikal müxalifət isə yenə də məğlub şəkildə öz məkirli planlarının əhatəsində daha da cılızlaşaraq, saysız-hesabsız uğurlarımıza tamaşa etməkdədir".

Anar Əliyev
Xəbəri paylaş