Azərbaycana qış fəsli gələcək.
Newscenter.az-ın xəbərinə görə, qış fəsli saat 07:27-də daxil olacaq.
Bununla da cari ilin son fəsil dəyişməsi hadisəsi baş verəcək, Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda qış fəsli başlayacaq.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Bu gün gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.
Şimal yarımkürəsində qış fəsli nöbəti ilin martına qədər davam edəcək. Mart ayının 20-si saat 07:06-da yaz fəsli qışı əvəz edəcək.
Sona