Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin yanvar ayından etibarən seçki hazırlıqlarına başlayacaq.
Newscenter.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu məqsədlə Ərdoğan ölkənin böyük şəhər və vilayətlərində vətəndaşlarla görüş məqsədilə mitinqlər təşkil edəcək. Seçkilərə qədər Ərdoğanın 30 şəhər və 50 əyalətə səfər edəcəyi nəzərdə tutulub.
Qeyd edək ki, 2024-cü il, mart ayının 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.
Anar TAĞIYEV