Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda almaz ixracı artıb

Ermənistanda almaz ixracı artıb


Bu ilin 10 ayı ərzində Ermənistandan kəsilmiş almaz ixracı 38,5% artıb.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyndə Paşinyanın sədrliyi ilə keçirilən iclasda məlumat verilib. Bildirilib ki, cari ilin 10 ayı ərzində Ermənistan 333 milyon dollar dəyərində 381 min karat almaz ixrac edib.

İclasda çıxış edən baş nazir Paşinyan bildirib ki, hökumətin vəzifəsi iqtisadi artımı 7-9% təmin etməkdə qalmalıdır. Onun sözlərinə görə, 2022-ci ildə artım 12% olub, 2023-cü ildə 7% səviyyəsində planlaşdırılır.

Anar TAĞIYEV
Xəbəri paylaş