Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda balıqçılar Paşinyanla görüşmək istəyir

Ermənistanda balıqçılar Paşinyanla görüşmək istəyir


Ermənistanda balıqçılar baş nazir Nikol Paşinyanla görüşmək istəyirlər.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, balıqçılar bu tələbi keçirdikləri aksiya zamanı dilə gətiriblər. Onlar İrəvandakı Qələbə körpüsündən baş nazir Nikol Paşinyanla görüş tələbi ilə hökumət binasına doğru yürüş ediblər.

Aksiya iştirakçıları hesab edir ki, Ararat rayonunda qanunsuz istifadə olunan minə yaxın quyu var, lakin hakimiyyət buna göz yumur.

Etirazçılar hesab edirlər ki, Təbiəti Mühafizə Nazirliyi onları dinləməyə və qanunsuz fəaliyyət göstərən artezian su quyularını bağlamağa hazır deyil.

Qeyd edək ki, Su Məcəlləsinə noyabrın 22-də qəbul edilmiş dəyişikliyə əsasən, Ermənistanda yeraltı quyulardan su alan balıqçılıq təsərrüfatları yalnız qənaətcil su dövriyyə sistemlərindən istifadə etməli olacaq. Qanun layihəsini təqdim edərkən ətraf mühit naziri Hakob Simidyanın dediyi kimi, belə sistemlər suyun ən azı 40%-nin təkrar istifadəsinə imkan verməlidir.

Parlamentdə müzakirələr zamanı müxalifət qanun layihəsini tənqid edərək bildirib ki, böyük xərc tələb edən bu cür sistemlərin quraşdırılması zərurəti barədə sahibkarlara əvvəlcədən xəbərdarlıq edilməli idi.

Anar TAĞIYEV
Xəbəri paylaş