Gürcüstan Avropa İttifaqına Moldova və Ukraynadan daha tez üzv olacaq.
Newscenter.az xəbər verir ki, bunu gürcü mətbuatına verdiyi açıqlamada hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, Aİ-yə üzvlüklə bağlı danışıqlar 2024-cü ildə başlaya bilər.
“Biz bütün aspektlərdə irəlidəyikı Demokratiya, insan haqları, iqtisadiyyat, bütün sahələrdə biz Ukrayna və Moldovanı 10 dəfə qabaqlayırıq",-deyə Kobaxidze bildirib.
Xatırladaq ki, ötən həftə Aİ Gürcüstana namizəd ölkə statusu verib, həmçinin Kiyev və Kişinyovla üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəlib.
Anar TAĞIYEV