"Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında ölkəmizdə gələn ilin fevral ayında növbədənkənar Prezident seçkiləri keçiriəcək və artıq bununla bağlı lazımi işlərə başlanılıb. Bütün texniki işlərlə yanaşı, seçkinin öncəki illərlə müqayisədə daha da şəffaf və demokratik keçirilməsinə dair işlər yüksək səviyyədə həyata keçirilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, bütün bunların namizədlərin çoxluğuna səbəb olacağı gözlənilir:
"Artıq gələn məlumatlara istinad etsək, namizədlərin sayı 10-dur və bu sayın daha da atması ehtimalı var. Baxmayaraq ki, İlham Əliyevin bütün namizədlər içərisində reytinqi müqayisə edilməyəcək dərəcədə yüksəkdir, amma siyasi baxımdan namizədlərin çox maraqlı seçki kampaniyalarına şahidlik edə bilərik. Bu baxımdan düşünürəm ki, qarşıda gərgin siyasi mücadilə olacaq və namizədlər siyasi performanslarını ortaya qoymaq məcburiyyətindədirlər. Bunun üçün bütün lazımi şərait yaradılıb".
Anar Əliyev