Bir qayda olaraq çox hallarda işçi işə götürülərkən onunla birbaşa Əmək Müqaviləsi bağlamır, müəyyən müddət üçün işçini sınaq müddətinə götürür. Ancaq bəzi hallarda sınaq müddəti məsələsində işəgötürən Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozur, bir qayda olaraq işə yeni gələn hər bir şəxsi sınaq müddətinə götürür. Bəs görəsən Əmək Məcəlləsinə görə, kimlər sınaq müddətinə götürülə bilər?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən Əmək müqaviləsi bağlanılarkən aşağıdakı şəxslərə sınaq müddəti tətbiq edilmir.
Vəfa Qədirova deyib ki, bunlar yaşı 18-dən az olan şəxslər, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlar, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara, habelə 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər daxildir:
"Həmçinin, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə və 2 ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə sınaq müddəti tətbiq edilmir".
Inqilab Süleymanoov