"Növbəti ildən mikrosahibkarlıq subyektlərinin əksəriyyəti fəaliyyətini dayandırmalı olacaq".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyib ki, xüsusən dövriyyəsi 15-25 000 arası olan və muzdlu içə cəlb etmədən tək fəaliyyət göstərənlər (ekspertlər, təlimçilər, kiçik sənətkarlıqla məğul olanlar və s.).
Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklə gəlir vergisinə tətbiq olunan 75%-lik güzəşt ləğv olunur:
"Bu o deməkdir ki, gəlir vergisinin həcmi 20% təşkil edəcək. Bunun üstünə 1% nağdılaşma vergisi, bank xərclər, və hazırda 101 manat aylıq təşkil edən (icbari və tibbi sığorta bir yerdə) sığorta xərclərini də gələndə fəaliyyət mənasını itirir. Yəni nə qazansan ən azı 50%-ni verməlisən. Bəzi hallarda isə qazancın üstünə əlavə etməlisən (məsələn aylıq gəlir 100 manat olarsa, onun üzrəinə 1 manat da əlavə edib sosial sığorta xərclərinə, 5% gəlir vergisinə ödənilməlidir. Minimum əmək haqqı artasra 100 manata daha çox əlavə etmək lazım gələcək)".
Sahib Məmmədiv deyib ki, problem var idi. Amma onun bu yolla həlli şəksiz ki, mikrosahibkarlığa ağır zərbə olacaq:
"Bəzi ekspertlər yenə də qonşu ölkələrdə hesab açıb vergiləri başqa dövlətin büdcəsinə ödəyəcək. Mənim kimilər isə VÖEN-i dondurmaqla kifayətlənəcək".
Natiq Orucov