Bu gün cəmiyyətin əksər hissəsi, hətta müxalif siyasi düşərgə də etiraf edir ki, gələn il ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərinin qalibi Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev olacaq. Çünki həm ötən 20 ildəki uğurlu daxili və xarici siyaaət kursu, həm də Qarabağda əldə etdiyimiz tarixi zəfər buna imkan yaradır. Elə Yeni Azərbaycan Partiyasının üzvü Orxan Baxşəliyev də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, hakim partiya təmsilçisi deyib ki, İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi böyük sevinclə qarşılanıb. Onun sözlərinə görə, bu sevincin səbəbini anlamaq dövlətini sevən, öz kökünə bağlı olan, vətən həsrətinin nə olduğunu, dərk edən ən sadə insandan ən böyük mütəfəkkür üçün çox sadədir:
"İlham Əliyev Azərbaycan dövlətinin qarantıdır, onun böyük və müdrik siyasəti sayəsində Azərbaycan nəinki regionun hətda dünyada ən nüfuzlu ölkər sırasındadır. Milli maraqların keşiyində duran prezident İlham Əliyev böyük sosial-iqtisadi inkişafa və ən əsası dövlət suverenliyimizin bərpasına nail olmuşdur".
Orxan Baxşəliyev deyib ki, muasir Azərbaycan tarixinin ən inkişaf etmiş və parlaq dövrünü yaşamaqdadır:
"Qarşıda duran perespektiv dahada böyükuğura və iqtisadi inkişafa aparacaq və biz əminik ki, çox qısa zamanda Azərbaycan dövləti Möhtəram cənab prezident İlham Əliyevin rəhbərliyi ilə buna imza atacaq".
Anar Əliyev