Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzza əhalisinin dörddə biri aclıqdan ölür

Qəzza əhalisinin dörddə biri aclıqdan ölür


Qəzza əhalisinin dörddə biri aclıqdan ciddi əziyyət çəkir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Juliette Touma məlumat verib.

UNRWA-nın sosial media hesabında da paylaşılan açıqlamada Touma, "Qəzzada mövcud vəziyyət qorxuncdur. Əhalinin dörddə biri aclıqdan ölür" deyib.

Qəzzada 600 minə yaxın insanın ciddi aclıqla mübarizə apardığına diqqət çəkən Touma, bu vəziyyətin birbaşa blokadanın davam etməsi və qida daxil olmaqla, əsas materialların təmin oluna bilməməsinin nəticəsi olduğunu vurğulayıb.

Anar TAĞIYEV
Xəbəri paylaş