Cari ilin 11 ayında Türkiyə 52,7 milyondan çox ziyarətçi qəbul edib.
Newscenter.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, ziyarətçilərin 46 milyon 725 min 424 nəfərini əcnəbi, 6 milyon 17 min 102 nəfərini isə xaricdə yaşayan Türkiyə vətəndaşları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ziyarətçilərin sayında 10,82 faiz artım olub.
11 ayda Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında əvvəlki ilin eyni dövrünə görə 23,02 faiz artımla Rusiya Federasiyası birinci, Almaniya ikinci, İngiltərə isə üçüncü sırada yer alıb.
Natiq Orucov